Tramp Kim Çen Indan aldığı "eşq məktubları"nı evinə aparıb -

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hakimiyyəti təhvil verərkən bir sıra sənədləri Floridadakı malikanəsinə aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. Bildirilir ki, əslində Tramp həmin sənədləri arxivləşdirmək üçün təhvil verməli idi. Lakin Tramp onları özü ilə aparıb. Tramp bəzi sənədləri isə cıraraq atıb. Trampın özü ilə götürdüyü sənədlər arasında Şimali Koreya lideri Kim Çen Inla olan məktublar da var.

Qeyd edək ki, Tramp hakimiyyətin ilk günlərində Kim Çen Inın ünvanına sərt ifadələr səsləndirsə də, sonra münasibətlər düzəlmiş və tərəflər arasında görüş və məktublaşma olmuşdu. Tramp Kim Çen Indan aldığı mətkublar barədə belə demişdi: “Əvvəl qəddar idim. O da elə idi. Dönüb-dolaşıb eyni nöqtəyə gəldik və sonra bir-birimizə aşiq olduq. O mənə gözəl məktublar yazdı. Əla idi. Biz aşiq olduq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR