18 cüdoçumuzun Sarayevo sınağı -

Cüdo millimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 12-13 fevral tarixlərində keçiriləcək Avropa Açıq turnirində iştirak edəcək.

Metbuat.az xəbər verir ki, bu yarışa dünyanın 26 ölkəsindən 331 (197 kişi, 134 qadın) idmançı qatılacaq.

İkinci heyətlə gedəcək kişi millimizin məşqçiləri Mehman Əzizov və Elxan Rəcəbli, qadın yığmamızda isə həmin vəzifəni Vüqar Hüseynov icra edəcək. Heyətdə 18 cüdoçu (12 kişi və 6 qadın) yer alacaq.

Kişilər: Samir Piriyev, Turan Bayramov (hər ikisi -60 kq), Ruslan Paşayev, Vaqif Tarverdiyev (hər ikisi -66 kq), Qədir Hüseynov, Məmmədrza Hacızadə (hər ikisi -73 kq), Məhərrəm İmamverdiyev, Kərim Allahverdiyev, Ömər Rəcəbli (hər üçü -81 kq), Əjdər Bağırov (-90 kq), Ruslan Nəsirli, Sabir İsayev (hər ikisi -100 kq)

Qadınlar: Ramilə Əliyeva, Könül Əliyeva (hər ikisi -48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (hər ikisi -52 kq), Aytac Qardaşxanlı (-63 kq), Günel Həsənli (-70 kq)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR