Tviterin işində problem yarandı

Dünyanın bir çox ölkələrində tviter sosial şəbəkəsinin işində problem yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə məşhur internet servislərin fəaliyyətini araşdıran "Downdetector" xidməti məlumat yayıb.

Sosial şəbəkə istifadəçiləri əsasən saytın fəaliyyəti və mobil tətbiqlərdə problemlər barədə məlumat verib, həmçinin qeyri-sabit server bağlantısından şikayətləniblər.

Nasazlıqlar əsasən ABŞ, Kanada və Yaponiyada müşahidə edilir. Bundan əlavə, Sinqapur və Malayziyada da sosial şəbəkədə az sayda problemlər müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR