"Milan" lider oldu

Bu gün futbol üzrə İtaliya A Seriyasının 25-ci turunun növbəti oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, "San Siro" stadionunda "Milan" autsayder "Sampdoriya" komandasını qəbul edib.

Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların oyunda yeganə qolunun müəllifi 8-ci dəqiqədə Rafael Leao olub. Portuqaliyalı hücumçu qapıçı Mayk Menyanın ötürməsini qola çevirib.

Bu qələbə sayəsində "Milan" xal ehtiyatını 55-ə çatdıraraq A Seriyasında liderliyə yüksəlib. Ondan bir xal geri qalan "İnter" ikinci, iki xal az toplayan "Napoli" üçüncü yerdədir. "Samdoriya" isə 23 xalla 16-cı yerdə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR