Vüsalə Əlizadənin verilişi YARIMÇIQ KƏSİLDİ -

Ötən gün aparıcı Vüsalə Əlizadənin etdiyi "7 Canlı" verilişinin yayımı qəfildən dayandırılıb.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı "ATV" kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli bildirib ki, yayım texniki problem səbəbindən dayandırılıb.

Xatırladaq ki, verilişin ötən gün yayımlanan buraxılışında Xalq artistləri Niyaməddin Musayev və Məleykə Əsədova qonaq olublar. Proqramın 1 saat 11 dəqiqədən sonra yayımı dayandırılıb.

Bu, Vüsalənin "7 canlı" verilişində baş verən ikinci texniki problemdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR