Tarkan mübahisələrə səbəb olan yeni mahnısı barədə açıqlama verdi - Ərdoğanı hədəfə alıb? /

Türkiyənin tanınmış müğənnisi Tarkan müzakirələrə səbəb olan “Geççek” mahnısı barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o deyib:

“Pandemiyanın gedişatından təsirləndiyim bir vaxtda məndə mahnının modeli və sözləri formalaşdı. Bəlkə bu musiqi biraz təsəlli olar”.

Qeyd edək ki, bəzi dairələr ötən axşam yayımlanan mahnının sözlərinin prezident Rəcəb Tayyib Ərdoğanı hədəfə aldığı iddia edilirdi. Mahnının sözlərindəki "Geldiği gibi gitçek, her şeyin sonu var bu çilede bitçek, hadi yeter artık fena bunaldık, düş babam artık düş yakamızdan" fikirlərin Ərdoğana yönəldiyi irəli sürülürdü.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR