Şuşada Xocalı qurbanları anılıb -

Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanları anılıb.

Metbuat.az xəbər verir ki, Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin qatıldığı 1 dəqiqəlik anma mərasimi şəhərin mərkəzi meydanında, yuxarı Gövhər Ağa məscidinin qarşında baş tutub.

Anım mərasiminə şəhərdə fəaliyyət göstərən bütün digər dövlət və özəl şirkətlərin rəhbərliyi də qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR