Rusiyanın SWIFT-dən ayırmaq üçün hazırlıqlara

Rusiyanın SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ayrılmasına qərar verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Facebook"da paylaşım edib.

Kuleba əlavə edib ki, qərar hələ rəsmiləşdirilməyib, lakin qərarın qəbul edilməsi və bu sanksiyanın həyata keçirilməsi üçün texniki hazırlıqlara başlanılıb: "Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər. Bu qərarı dəstəkləmək üçün hökumətlərinə təzyiq göstərən minlərlə insana, xüsusən də Ukrayna diasporuna təşəkkür edirəm. Ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR