“Bayraktar”lar Rusiya hərbi karvanını belə məhv etdi -

Son xəbərlərə görə, Ukraynanın paytaxtı Kiyevdə ordu birlikləri ilə ruslar arasında döyüş gedir.

Metbuat.az xəbər verir ki, Rusiyanın Ankaradakı səfirliyi “Twitter” hesabında Türkiyədən satın alınan "Bayraktar TB2" PUA-ların döyüşdə oynadığı rolu paylaşıb.

Məlumata görə, ölkənin cənubundakı Xerson şəhərinə daxil olan Rusiya ordu karvanı "Bayraktar TB2" PUA-larla məhv edilib:

“Ukrayna Hərbi Hava Qüvvələri "Bayraktar TB2" SİHA-lardan istifadə edərək Xerson şəhərinə daxil olan Rusiya karvanını zərərsizləşdirib”, - mesajda deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR