Bu gün nə qədər peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 509 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 026, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 667, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 25 274 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 542 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 957 147, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 297 076, ikinci mərhələ üzrə 4 783 478 nəfər təşkil edir. Bundan başqa, 3 və daha çox doza vaksinasiya olunanların ümumi sayı 2 673 818 nəfər, pozitiv nəticədən sonra “buster” doza ilə vaksinasiya olunanların ümumi sayı 202 775 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR