Daha iki ölkə Rusiya təyyarələri üçün hava məkanını bağlayır

Latviya rəsmi olaraq hava məkanını Rusiya təyyarələri üçün bağlayır.

Metbuat.az xəbər verir ki, bu barədə “TASS”a Rusiya aviaşirkətlərindən birindəki mənbə bildirib.

“Latviya hava məkanını bağlayıb, biz müvafiq NOTAM-ı almışıq”, - agentliyin həmsöhbəti bildirib.

Rumıniya hökumətinin mətbuat katibi Dan Karbunaru da ölkə səmasının Rusiyaya bağlanması ilə bağlı qərarın verildiyini bildirib.

O qeyd edib ki, prosedur gün ərzində baş tutacaq. Onun sözlərinə görə, Rusiya təyyarələri üçün Rumıniya ərazisi üzərində uçuşlar da qadağan olunacaq.

Xatırladaq ki, hazırda Böyük Britaniya, Bolqarıstan, Çexiya və Polşa öz hava məkanlarını Rusiyaya bağlamaq qərarına gəliblər. Latviya, Litva və Estoniya da belə bir ehtimalı açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR