Ukraynadakı azərbaycanlılar çətin vəziyyətdədir - Bizi təcili evakuasiya edin -

Ukrayna üçün hazırda hər saniyənin böyük bir hökmü var. Baş verə biləcəklərdən isə heç kim, hətta, hazırda Ukraynada olan həmvətənlərimiz də sığortalanmayıb. Narahtdırlar, olacaqlardan qorxur və kömək istəyirlər. Günlərdir metrodan sığınacaq kimi istifadə edən soydaşlarımızın tək arzusu sağlam şəkildə vətənə dönməkdir.

Ukraynanın müxtəlif şəhərlərində olan Azərbaycanlı ailələr və tələbələrin köməyə ehtiyacı var. Soydaşlarımız çıxılmaz vəziyyətdə qaldıqlarını, təcili vətənə dönmək istədiklərini bildiriblər.

Kiyevdə yaşayan həmyerlimiz Nicat Mirzəyev hazırda Ukraynada vəziyyətin gərgin olduğunu, 3 gündür binaların zirzəmisində və metro stansiyalarında yatdıqlarını deyib. Özündən çox ailəsi və övladları üçün narahat olan həmyerlimiz "Xəzər Xəbər" vasitəsilə aidiyyəti qurumlara müraciət edib.

Təhsil almaq məqsədilə hazırda Ukraynada olan Azərbaycanlı tələbələrlə də əlaqə yaratdıq. Hazırda Kiyevdə olan gənclər günlərdir bunkerdə qaldıqlarını, həmyerlilərimiz tərəfindən yemək , su, yatacaqla təmin edildiklərini bildirdilər.

Xarkov şəhərində yaşayan bir neçə həmvətənimiz ilə də əlaqə saxladıq. Orada vəziyyətin daha ağır olduğunu, hazırda sığınacaqlarda qaldıqlarını bildirdilər.

Həmvətənlərimiz ən qısa vaxtda onlara uzadılacaq kömək əlini gözləyirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR