Odessada ruslar azərbaycanlıların maşın karvanını ATƏŞƏ TUTDU -

Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.

Metbuat.az xəbər verir ki, Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.

Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR