Ruslar Xarkovda azərbaycanlı tələbəni öldürdü

Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib.

Metbuat.az APA-ya iatinadən xəbər verir ki, bu barədə hazırda Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.

S. Adgəzəlli deyib ki, K. Məmmədov qardaşı oğlunun tələbə olduğunu bildirib. Hazırda atışma olduğundan küçədən meyiti götürmək mümkün deyil.

Hadisə yarım saat əvvəl baş verib.

Qeyd edək ki, son məlumatlara görə, Rusiya qoşunları Xarkova daxil olub, şəhərdə qızğın döyüşlər gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR