Azərbaycanda dəhşətli qəza -

İsmayıllıda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a daxil olan məlumata görə, fevralın 26-dan 27-nə keçən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı şəhərində avtoqəzanın baş verməsi və avtomobildə sıxılı vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayılll Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes” markalı minik avtomobilinin yol kənarındakı hasara çırpılması nəticəsində 3 nəfər vətəndaşın avotomildə sıxılı vəziyyətdə qalması müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə avadanlıqlarından istifadə etməklə müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalmış vətəndaşları operativ qaydada avtomobildən çıxararaq, təcili tibbi yardım briqadasına təhvil veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR