Yeni klubu ilə müqavilə imzalamağa gedən türkiyəli futbolçu Xarkovdan çıxa bilmir -

Türkiyəli futbolçu Abdullah Doğan Ukraynadakı hadisələr səbəbindən ölkəni tərk edə bilmir.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, Ukraynanın "Metalist Xarkov" komandası ilə müqavilə imzalamağa gedən futbolçu Abdullah Doğan Rusiyanın hücumu səbəbindən şəhəri tərk edə bilmir.

Futbolçunun sözlərinə görə, o, rus hücumları başlamazdan əvvəl Ukraynaya gedib. Lakin hücumlar səbəbindən geri dönə bilməyib. İlk günlərdə metroya sığınan futbolçu hazırda şəhərdə 18 mərtəbəli binada yerləşən bunkerdə qalır.

Sığınacaqda uşaqların və qocaların da olduğu 60-a yaxın adamın olduğunu bildirən Doğan insanların hər an bomba partlaması ehtimalından narahat olduqlarını bildirib:

"Hazırda komendant saatı var, gedəni güllələyirlər. Çox diqqətli olmalıyıq. Dua edirik. Çox şeyə ehtiyacımız var. Marketlərə gedib bir şey almağa qorxuruq. Bazarlarda heç bir şey qalmayıb", - deyə o vurğulayıb.

Doğan bununla bağlı çətin vəziyyətdə olduğunu və kömək istədiyini bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR