Nazir bağçalara qəbul qaydalarından danışdı

Şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə qəbuluna yay aylarından başlanılacaq.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. O qeyd edib ki, artıq sentyabrda məktəbəqədər təhsil müəssisələrinə şagirdlərin qəbulu yay aylarından onlayn qaydada keçiriləcək:

“Bu isə əsaslı şəkildə xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il bağçalara işə qəbulla bağlı vakansiyaların elan edilməsi və qəbulu müəllimlərin işə qəbulu vasitəsilə olacaq. Bununla bağlı nümunəvi sual və sualların mahiyyəti Novruz bayramından sonra açıqlayacağıq", - deyə nazir vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)