Azərbaycan millisinin növbəti oyunlarının saatı və stadionu açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Bosniya və Herseqovina, eləcə də Danimarka yığmasına qarşı keçirəcəyi 2023-cü il dünya çempionatının seçmə oyunlarının stadionu və başlama vaxtı müəyyənləşib.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bosniya və Herseqovina ilə görüş aprelin 7-də Sarayevodakı “Grbavica” stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Aprelin 12-də Danimarkaya qarşı keçiriləcək oyun isə saat 22:00-da başlayacaq. Matç Viborq şəhərindəki eyniadlı stadionda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR