Pakistan ordusu ölkə sularına daxil olmaq istəyən Hindistan gəmisinin qarşısını aldı

Pakistan ordusu ölkə sularına daxil olmağa çalışan Hindistana məxsus sualtı qayığın qarşısını alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistan ordusu açıqlama yayıb. Məlumata görə, Pakistan ordusu ölkə sularına yaxınlaşan gəmini müəyyən edəndən sonra dərhal xəbərdarlıq edib. Xəbərdarlıqdan sonra Hindistan gəmisi geri çəkilib. Sonuncu dəfə belə hadisə ötən il baş vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR