Rusiya iqtisadiyyatını gözləyən BÖYÜK RİSKLƏR:

Doqquz gündür Ukrayna cəbhəsində davam edən müharibə səbəbindən dünyanın bir çox inkişaf etmiş ölkələri həmçinin Amerika Rusiya iqtisadiyyatına yönəlmiş konkret sanksiyalar paketini tətbiq etdi.

Hazırda düşündürən ən vacib suallardan biri də bu sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir etməsi ilə bağlıdır.

Bu barədə Metbuat.az-a açıqlama verən iqtisadçı-ekspert Elman Sadıqov düşünür ki, bu zərərin həcmi sanksiyaların müddətindən asılıdır. Ekspert bildirdi ki, sanksiyaların nə qədər müddətə davam edəcəyin heç kim bilməsə də bir neçə ciddi sanksiyanın təsirini həm ayrılıqda, həm də kumulyativ hesablamaq lazımdır. Bu isə onu göstərir ki, söhbət sanksiyaların zərərlərinin həcmindən daha çox, sanksiyaların Rusiya iqtisadiyyatına hansı müddətdə dağıdıcı təsir göstərəcəyindən gedə bilər.

Elman Sadıqov: “10 gündən sonra kreditlərin restruktruzasiyasına başlanılacaq”

“Hər bir halda sanksiyalar davam edəcək. Rusiya Kiyevi alsa da, almayıb müharibəni uzadıb hətta Ukraynanı parçalasa da, Rusiya Ukraynadan əl çəkməyənə qədər bu sanksiyaların tam götürələcəyi ehtimalı çox aşağıdır. Bu hal atəşkəs elan olunduğu təqdirdə də davam edəcəkdir. Qeyd edim ki, Mərkəzi Bankın valyuta ehtiyatlarına tətbiq olunan sanksiyalar fonunda bankların SWIFT-dən ayrılmasının necə bir ciddi addım olması arxa plana keçdi. Əslində ən təhlükəli sanksiya məhz SWIFT-lə bağlıdır. Amma SWIFT bəzi mətbuat orqanlarında qeyd olunduğu kimi banklar arasında təkcə mesajlaşma deyildir. Bu mesajlaşma pul köçürmələridir, pul qəbuludur, akkreditivlərdir, qarantiyalardır. Yəni, hal-əhval tutma mesajları deyildir. Mərkəzi Bankın ehtiyatları əriyə bilər, sonra siz həmin vəsaitləri yenidən qazanıb kompensasiya edə bilərsiniz. SWIFT yoxsa maliyyə əməliyyatları, idxal-ixrac əməliyyatları, bank sistemi iflic olur, təkcə maliyyə deyil, iqtisadi sisteminiz risk altına düşür”.


Ekspert vurğuladı ki,sanksiyaların tətbiqində Rusiya üçün ən ciddi risklərdən biri oliqarxlarla bağlıdır. Görünən vəziyyət odur ki, oliqarxlara qarşı sanksiyalar getdikcə sərtləşəcək. Səbəbi isə artıq bəllidir .Elman Sadıqov onu da bildirdi ki, Rusiyadan idxal ucuzlaşacaq fikri heç də bütün məhsullara aid deyil. Strateji əhəmiyyətli məhsulların ixracına Rusiya limit və ya qadağan tətbiq edə bilər.

“İkincisi, istehsalı dayandırılacaq və ya azalacaq məhsulların da qıtlığı və nəticədə ixracının azalacağı təqdirdə qiymətləri arta bilər. Ukraynadan isə ümumiyyətlə infrastrukturun dağıdılması nəticəsində idxalın uzun müddət tam kəsilməsi ehtimalı yüksəkdir. Yəni, idxal-ixrac əməliyyatları, ticarət dövriyyəsi təhlil olunarkən müxtəlif ssenari və simulyasiyalar nəzərə alınmalıdır. Düşünürəm ki, Rusiya da, ABŞ və Qərb də bu münaqişənin əhatə dairəsinə daha çox ölkəni cəlb etmək səylərini daha açıq şəkildə büruzə verəcəklər. Məsələ müharibənin digər ölkələrə transferindən deyil, risklərin digər ölkələrə transferindən gedir”.


Elman Sadıqov qeyd etdi ki, hadisələrin nəticələrindən asılı olmayaraq, bundan sonra fərqli bir dünya düzəninə doğru gedilir. Bir neçə triyon deyil, onlarla trilyon dollarların, funtların dövriyyəyə girəcəyi yeni siyasi, iqtisadi və maliyyə düzənlərinə doğru.

“Ən real və uğurlu yeganə vasitəçi kim ola bilər sualının cavabı Türkiyədir. Bütün digər vasitəçilər siyahıdan çıxarılmışdır. Çin ehtimalı vardır, lakin çox azdır. Burada da əsas məsələ. Türkiyənin gücündən daha çox, Türkiyənin vasitəçiliyinin bəhanə edilərək (hər iki dövlətin əlaqələri və strateji gələcək əməkdaşlıqları qalmaqdadır) münaqişənin yumşaldılması, atəşkəsin elan olunmasıdır. Bu ehtimal qalır, lakin təəssüf ki, azalır. Hadisələrin nəticələrindən asılı olmayaraq, bundan sonra fərqli bir dünya düzəninə doğru gedilir. Bir neçə triyon deyil, onlarla trilyon dollarların, funtların dövriyyəyə girəcəyi yeni siyasi, iqtisadi və maliyyə düzənlərinə doğru. Hər 3 düzənin eyni dövrdə inşası ciddi dəyişikliklərdir. Bu gün şahidi olduqlarımız isə təəssüf ki, hələ başlanğıcdır".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR