Hərbi prokurorun müavini vəzifəsindən

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR