Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 433 yeni yoluxma faktı qeydə alınıb, 1531 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-averilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 788 958 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 774 246 nəfər müalicə olunaraq sağalıb, 9500 nəfər vəfat edib, aktiv xəstə sayı 5212 nəfərdir.

Ölkədə son sutka ərzində 7530, hazırkı dövrədək isə 6 593 522 test aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR