Vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 637 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1514, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1631, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 21 214 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1278 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 136 656, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 307 491, ikinci mərhələ üzrə 4 793 776 nəfər təşkil edir. Ümumilikdə 2 823 016 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 212 373 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR