ABŞ Rusiyadan neft və qaz idxalını dayandırdı

ABŞ Rusiyanın Ukraynada müharibə aparmasına cavab olaraq Moskvaya qarşı növbəti iqtisadi qadağasını tətbiq edib. Vaşinqton bu gündən Rusiyadan neft və qaz idxalını dayandırır.

Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Onun sözlərinə görə, bu qərar hər iki partiya tərəfindən dəstəklənib.Prezident həmçinin onu da vurğulayıb ki, ABŞ Avropadakı müttəfiqlərinin Rusiyadan enerji idxalına qoyulan qadağaya qoşula bilməyəcəyini anlayır.

Qeyd edək ki, dünən Rusiya baş nazirinin müavini Aleksandr Novak demişdi ki, Rusiya neftindən imtina dünya bazarı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq və bu qiymətlərin bir barel üçün 300 dollara və ya daha çox sıçramasına səbəb olacaq.


Xatırladaq ki, bu gün ABŞ-da yanacağın qiyməti kəskin şəkildə artıb. Amerikada qiymət artımı hər qallon üçün 4,17 dollara çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR