Yüzlərlə hərbçi ordudan qaçdı: Ruslara qarşı döyüşmək üçün Ukraynaya getdilər - Qərb ŞOKDA

“Böyük Britaniyada yüzlərlə hərbçi ordudan qaçaraq Ukraynaya gedib”.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, onların ruslara qarşı döyüşmək üçün Ukrayna ordusunun sıralarına qoşulduğu güman edilir. Açıqlamaya görə, əmrə tabe olmayıb ordudan qaçan hərbçilər məsuliyyətə cəlb ediləcək.

Ordudan qaçan hərbçilərin dəqiq sayı barədə açıqlama verilməyib. Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, Ukraynanın təhlükəsizliyinə dəstək olmaq üçün daha uyğun yollar var.

Hərbçilərin ordudan qaçaraq Ukraynaya getməsi məlumatını qərb mediası "şok xəbər" başlığı ilə oxucularına çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR