Rusiya Xersonda saxta referendum keçirməyə çalışır -

"Rusiya Ukraynanın Xerson vilayətində saxta referendum keçirməyə çalışır".

Metbuat.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

O qeyd edib ki, 2014-cü ilin oyunundan sonra ruslar indi də Xersonda saxta “xalq respublikası” üçün saxta referendum təşkil etməyə çalışır.

"Xalqın buna heç bir dəstəyinin olmadığını nəzərə alsaq, bəllidir ki, bu "referendum", tam səhnələşdiriləcək. Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq", - deyə Ukrayna xarici işlər naziri bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR