Rusiya hərbçiləri Ukraynanın Dneprorudnı şəhərinin meri Yevgeni Matveyevi qaçırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Hazırda merin harada olduğu bilinmir.

Qeyd edək ki, martın 11-də Rusiya hərbçiləri Melitopol şəhərinin meri İvan Fedorovu da qaçırmışdılar. İndiyədək ondan xəbər almaq mümkün olmayıb.