Jurnalistlərə İrpenə giriş

Bu gündən etibarən jurnalistlərə təhlükəsizlik səbəbi ilə İrpenə giriş qadağan edilib .

Metbuat.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Markuşin məlumat verib.

"Biz bundan sonra jurnalistlərin İrpenə girişini qadağan edirik. Bu yolla həm onların, həm də müdafiəçilərimizin həyatını xilas etmək istəyirik", - o deyib.

Markuşin həmçinin fotoşəkilləri və Ukrayna hərbçilərinin və texnikasının yerini dərc etməməyə çağırıb:

"Bütün media nümayəndələrinə, eləcə də bütün ukraynalılara yalvarıram - bizim hərbi qulluqçularımızı, onların texnikasını və ya onların yerini göstərən heç bir görüntünü sosial şəbəkələrdə dərc etdirməyin. Bu, çox vacibdir!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR