Ölkə başçısı İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müğənni həyat yoldaşı Emin Ağalarovla münasibətlərinə aydınlıq gətirib.

Axşam.az xəbər verir ki, Leyla Əliyeva bu haqda İnstaqramdakı rəsmi hesabından məlumat yayıb:

“Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və biz nikahımızı pozmaq qərarına gəldik. Biz dost olaraq qalırıq”.

Qeyd edək ki, Leyla Əliyeva və Emin 2006-cı ildə ailə qurublar. Onların Əli və Mikayıl adlı əkiz övladları var.

“Eminlə nikahımızı pozmaq qərarına gəldik” - Leyla Əliyeva