Moskvada maska rejimi ləğv edilir -

Moskva meri Sergey Sobyanin martın 15-dən maska rejimini ləğv edib.

Metbuat.az xəbər verir ki, Sobyaninin sözlərinə görə, maska rejiminin ləğvi epidemioloji vəziyyətin durmadan yaxşılaşması ilə bağlıdır.

"Epidemioloji vəziyyətin stabil şəkildə yaxşılaşması çoxdan gözlənilən qərar qəbul etməyə imkan verir. 15 mart 2022-ci il çərşənbə axşamından etibarən qoruyucu maskalardan istifadə tələbindən imtina edirik"

Sobyaninin sözlərinə görə, belə bir qərar sanksiyalar qarşısında biznesə dəstək olacaq. O, həmçinin müəssisə və təşkilatlarda işçilərin temperaturu yoxlanılması və iş yerlərində arakəsmələrin ayrılması da daxil olmaqla məcburi tədbirləri ləğv edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR