Kiyev meri Vitali Kliçko bu gün paytaxtda martın 15-i saat 20:00-dan martın 17-si səhər saat 07:00-a kimi komendant saatı tətbiq olunduğunu elan edib.
Metbuat.az-ın məlumatına görə, Kliçko iki günlük komendant saatı tətbiq olunmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, şəhərdə vəziyyətin mümkün kəskinləşməsi gözlənilir.
"Bu qərar vəziyyətin mümkün kəskinləşməsi ilə əlaqədardır . Bu isə şəhərimizin əhalisinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradır", - Kliçko deyib.
Merin sözlərinə görə, komendant saatı tətbiq etmək qərarı hərbi administrasiya tərəfindən verilib.