Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib,
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy bildirib.
O qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.
“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış və düşünülmüş qərardır”, - P.Tolstoy deyib.