“Müharibəyə yox!” deyən Marina ilə bağlı

Moskvanın Ostankino Məhkəməsi Marina Ovsyannikovanı canlı yayım zamanı “Birinci Kanal”da yayımlanan “Vremya” verilişinin studiyasına girdiyinə görə 30 min rubl cərimələyib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə TASS-a məhkəmənin mətbuat katibi Kristina Yavkina məlumat verib.

Ovsyannikov Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 20.2-ci maddəsinin 2-ci hissəsi (Xəbərdarlıq vermədən kütləvi tədbirin təşkili və ya keçirilməsi) ilə təqsirli bilinərək 30 min rubl cərimələnib.

Qeyd edək ki, kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR