Avropa Şurası Belarusla əməkdaşlığı dayandırdı

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatında oynadığı rola görə Belarus hakimiyyəti ilə əməkdaşlığı dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Təşkilat Belarusun bütün iclas və tədbirlərdə iştirak hüquqlarını dayandırır. Bu, Belarusun Avropa Şurasının, o cümlədən Venesiya Komissiyasının qismən razılaşmalarında iştirakına da aiddir”, - kommünikedə deyilir.

Avropa Şurası Nazirlər Komitəsi, həmçinin Minsklə istənilən texniki əməkdaşlığı dayandırmaq niyyətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR