Bayden Novruz bayramı ilə bağlı paylaşım etdi

ABŞ Prezidenti Co Bayden özünün "Twitter" səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib.

Metbuat.az xəbər verir ki, o, paylaşımında özü və həyat yoldaşı adından Novruz bayramını qeyd edənlərə xoş arzularımızı çatdırıb.

“Jill və mən bütün dünyada Novruzu qeyd edənlərə ən xoş arzularımızı çatdırmaq istəyirik. Novruz bayramı, sevdiklərinizə şükür etmək, nemətlərini düşünmək və yeni mövsümün bütün imkanlarını qarşılamaq üçün Novruz süfrəsi arxasında toplaşmaq deməkdir. Novruz bayramınız mübarək!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR