Çernobıl laboratoriyası dağıdılıb, təhlükə böyükdür -

"Çernobıl AES-i zəbt edən rus qoşunları ərazidəki laboratoriyanı talan edərək dağıdıblar".

Metbuat.az xəbər verir ki, bu fikirləri Ukraynanın Dövlət Evakuasiya Zonalarının İdarə Edilməsi Agentliyi deyib. Onların açıqlamasına görə, ruslar radioaktiv tullantıları emal edən Mərkəzi Analitik Laboratoriyalara ciddi ziyan vurublar.Bu da ərazidə ciddi təhlükəli vəziyyət yaradıb.

"Bu gün laboratoriyada rusların əlində yüksək aktiv radionuklid nümunələri var idi", - dövlət agentliyi rəsmisi bildirib.

Qeyd edək ki, təxminən altı milyon avroya başa gələn laboratoriyada Avropanın heç bir yerində tapılmayan qiymətli avadanlıqlar var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR