BMT Rusiya əleyhinə qətnamə qəbul etdi

BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı qətnamə qəbul edib.

Metbuat.az əbər verir ki, qətnamədə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dərhal dayandırılması tələb olunub.

140 nümayəndə heyəti sənədin lehinə, 5-i əleyhinə (Belarus, Eritreya, Şimali Koreya, Rusiya və Suriya) səs verib, 38 ölkə isə bitərəf qalıb.

Qətnamədə qeyd olunub ki, Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu və bunun humanitar nəticələri beynəlxalq ictimaiyyətin onilliklər ərzində Avropada görmədiyi həddə çatır.

Sənəddə, həmçinin Mariupolun blokadasına son qoyulması tələb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR