İngiltərə Federasiya Kubokunun qalibi müəyyənləşib.

Metbuat.az-ın xəbərinə görə, Uembli stadionunda keçirilən final matçında "Arsenal" "Aston Villa" ilə qarşılaşıb. Görüş başdan-sona London klubunun üstünlüyü şəraitində keçib. Nəticədə 4:0 hesabı ilə qələbə qazanan "Arsenal" 12-ci dəfə Federasiya Kubokunu qazanıb.

"Arsenal" - "Aston Villa" - 4:0

Qollar: Teo Uolkott, 40, Aleksis Sançes, 50, Per Mertezaker, Oliver Jiru, 90

Final oyununun icmalını təqdim edirik.