Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın tvitindən sonra üç şirkət Rusiyadakı fəaliyyətini dayandırıb.

Metbuat.az "Haber Global"a istinadən xəbər verir ki, “Renault”, “Shell” və “Nestle” şirkətləri Rusiyadakı fəaliyyətlərini dayandırıb.

Xatırladaq ki, D. Kuleba Renault qrupunun Rusiyadan çəkilmədiyi ilə bağlı tvit ataraq ictimaiyyəti şirkəti boykot etməyə çağırmışdı.