Azərbaycanın U-21 yığması seçmə mərhələdə ilk qələbəsini qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Metbuat.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib - 3:0.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub. O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub.

Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.

25 mart
AVRO-2023, seçmə mərhələ

19:00. Azərbaycan - Estoniya - 3:0
Qollar: Musa Qurbanlı, 44; 66. Abdulla Xaybulayev, 88

Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. "Kapital Bank Arena".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR