Türkiyədə mədən çökdü -

Türkiyənin Kayseri vilayətində yerləşən sink mədənində çökmə baş verib.

Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, dağıntılar altında qalan işçilərdən biri ölüb.

Kayserinin Yahyalı rayonunda meydana gələn çökmə zamanı içəridə daha iki işçinin olduğu ehtimal edilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Hazırda digər şəxsin axtarış-xilasetmə işləri davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR