132 nəfərin təyyarə qəzasında öldüyü

Çində qəzaya uğrayan “Boeing 737” təyyarəsində olan 132 nəfərin hamısı ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, təyyarədəki 123 sərnişin və 9 heyət üzvünün hamısı həlak olub.

Qeyd edək ki, üç gün əvvəl təyyarə Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayıb. Çin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, MU5735 uçuşunu yerinə yetirən təyyarə yerli vaxtla saat 13:11-də havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildən çoxdur istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılaraq alışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR