Rus hərbçiləri yanacağı spirtli içkiyə dəyişirlər

Rusiya hərbçiləri Belarus ərazisində olarkən yanacaq və ərzaq məhsulları satır və ya alkoqolla dəyişdirirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya hərbi karvanlarının Belarus ərazisindən hərəkət marşrutları boyunca hərbi qulluqçular tərəfindən yanacaq və ləvazimatların satışı və ya onların spirtli içkilərə dəyişdirilməsi ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının mənəvi-psixoloji durumunu aşağı qiymətləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR