Luqanskda küçə döyüşləri gedir

Ukrayna ordusu şimal-şərq və şərq cəbhəsində əks-hücum əməliyyatlarına davam edir.

Metbuat.az xəbər verir ki, Sumı vilayətində 1 şəhər, 2 qəsəbənin işğaldan azad olunmasından sonra şərq cəbhəsində işğal altında olan Luqansk vilayətinin Rubejnı və Popasnı şəhərlərində gərgin küçə döyüşləri gedir.

Məlumatı Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday təsdiqləyib. O bildirib ki, hazırda döyüşlər çox gərgin şəraitdə keçir və əsl ölüm-qalım savaşını xatırladır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR