Qondarma respublika Rusiyaya birləşəcək

Qondarma Luqansk Xalq Respublikasının (LXR) rəhbəri Leonid Paseçnik bölgədə tezliklə Rusiyaya birləşmək üçün referendumun keçirilməsinə icazə verib.

Metbuat.az xəbər verir ki, bu barədə o, martın 27-də jurnalistlərə müsahibəsində bildirib.

"Hesab edirəm ki, yaxın vaxtlarda respublikada referendum keçiriləcək. Referendumda xalq öz konstitusion hüququndan istifadə edə və Rusiyaya birləşmək barədə fikirlərini ifadə edə biləcək. Nədənsə əminəm ki, məhz belə olacaq", - deyə separatçı lider vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR