Rusiya hərbi texnikasını Qarabağdan çıxarır -

Rusiyanın Abxaziya və Gürcüstanın Sxinvali bölgəsindən qoşunlarını çıxarması artıq hamıya məlumdur.

Metbuat.az xəbər verir ki, bu barədə “Caliber" məlumat yayıb.

Kadrlarda Laçın dəhlizi vasitəsilə Qarabağ bölgəsindəki sülhməramlıların müvəqqəti məsuliyyət zonasından Rusiya texnikasının çıxarılması prosesini müşahidə edə bilərsiniz.

Yalnız martın 26-da qeydə alınan bu görüntülərdə rusiyalıların 4 ədəd “UAZ patriot”, 1 ədəd “Tiqr”, 3 ədəd “KamAZ” (kunq, təmir maşını və yanacaq daşıyan maşın), bir “Ural” və bir QAZ-66 çıxardıqları əks olunub.

Bütün bunların fonunda Qarabağdakı rus kontingentinin sayının artırılması xahişi ilə ermənilərin Putinə məktub yazmaları yalnız gülüş doğura bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR