FTX-nin 620 agentinin məxfi siyahısı açıqlandı

Ukrayna Kəşfiyyat İdarəsi Rusiya Federal Təhlükəsizlik Xidmətində (FTX) işləyən 620 nəfərin adlarını və əlaqə məlumatlarını paylaşıb.

Metbuat.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

620 nəfərin adları və əlaqə məlumatları ilə yanaşı, pasport nömrələri, avtomobil nömrələri və bank məlumatları da əldə edilib.

Agentlərdən birinin istifadəçi adının "jamesbond007" olması diqqət çəkib. Həmin şəxsin içki aludəçisi olduğu və sistemli şəkildə yol hərəkəti qaydalarını pozduğu qeyd edilib.

Rusiya administrasiyası hələlik məsələ ilə əlaqədar açıqlama verməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR