Sudan istifadə ilə bağlı yeni ödəniş tələb ediləcək

İçməli su istifadə etmək məqsədilə həyətlərində quyu qazıb xüsusi texniki qurğularla su əldə edən vətəndaşlar buna görə pul ödəməli olacaqlar. Bundan başqa, çaylar, göllər və anbarlardakı sudan istifadə edənlər də ödəniş etməli olacaqlar.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları"nda bir sıra yeni məsələlər öz əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov "Xəzər Xəbər"ə bildirib ki, bu qaydalar özündə həm təbii mənbələrdən, həm də su təsərrüfatı obyektlərində sudan istifadə ilə bağlı ödənişlərin tətbiqini nəzərdə tutur.

Qaydalara görə, çaylardan, göllərdən, anbarlardan, təbii su mənbələrindən istifadə ilə bağlı vətəndaşlar əvvəlcə nazirliyə müraciət edəcəklər və onların qeydiyyatı aparılacaq. Daha sonra isə bu su mənbələrindən istifadə edən fiziki və hüquqi şəxslər müəyyən miqdarda ödəniş etməli olacaqlar.

Faiq Mütəllimov deyir ki, həyətlərdə olan quyulardan vətəndaşların istifadə etdiyi suyun həcminə görə limit tətbiq edilməsi nəzərdə tutulur.

Yeraltı su mənbələrindən düzgün istifadəyə görə bütün məsələlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edəcək.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR