Azərbaycanda bu avtomobillər bahalaşacaq -

Xarici ölkələrdən Azərbaycana gətirilən avtomobillərin çatdırılma qiyməti artıb. Məhz bu səbəbdən qiymətləri ucuz olan avtomobilləri sifariş verənlərin sayı azalıb.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, müxtəlif ölkələrdən Azərbaycana sifariş əsasında avtomobil çatdırılması ilə məşğul olan şirkətlərdən birinin rəhbəri İlqar Əliyev "Xəzər Xəbər"ə deyib ki, çatdırılma qiyməti təxminən 20-30 faiz artıb.

Söhbət ABŞ və Koreyadan avtomobil çatdırılmasından gedir.

Avtomobil çatdırılması ilə məşğul olan şirkətlərin sahibləri bildirirlər ki, bahalaşmanın bir neçə səbəbi var. Əsas səbəblərdən biri isə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərdir.

Mütəxəssislər bundan sonra da çatdırılma qiymətlərinin artacağını istisna etmirlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR