Azərbaycan Premyer Liqasında XXI turun oyunları üçün bütün təyinatlar açıqlanıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmalardan heç birinə futbol üzrə FIFA referiləri baş hakim kimi təyinat almayıb. Yalnız Elçin Məsiyev "Qarabağ" - "Səbail" matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Azərbaycan Premyer Liqası, XXI tur

2 aprel (şənbə)

16:00. “Qarabağ” – “Səbail”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

"Azersun Arena"

18:15. “Sumqayıt” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: İlham Əliyev

"Kapital Bank Arena"

3 aprel (bazar)

15:00. “Qəbələ” – “Keşlə”

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Asif Əliyev

Qəbələ şəhər stadionu

17:15. “Neftçi” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Erkin Hüseynov

"Bakcell Arena"